Viza - xidməti

Dünyanın istənilən ölkəsinə turistik və işgüzar vizaların hazırlanmasında eyniylə xarici vətəndaşlara Azərbaycana turistik və ya işgüzar vizaların hazırlanmasında sizə yardımçı olacağıq. Aşağıda sizə Azərbaycan turistik vizasi ilə bağlı ətraflə məlumat təqdim edirik.

XİDMƏTLƏRİMİZ

Elektron viza haqqında:

2013-cü ilin martından etibarən Azərbaycan öz vizasının əldə edilməsi istiqamətində yeni sistem (prosedur) tətbiq etməyə başladı. Elektron viza proseduru ucuz, tez, səfirliyə gəlib, getmək vaxtı tələb etməyən və heç bir növbə olmayan bir prosedurdur. Bir qayda olaraq, Siz elektron viza prosedurundan istifadə etdikdə, hazır vizanız PDF formatı sənəd qismində Sizin e-poçt ünvanınıza gəlir. Azərbaycana çatdıqda isə Sizin öz pasport və ya digər səyahət sənədinizlə birgə həmin PDF vizanı sərhəd xəttində təqdim etməyiniz kifayətdir.

Elektron vizanı əldə etmək üçün aşağıdakı sənədlər tələb olunur:

  • Pasportunuzun skan edilmiş (elektron) nüsxəsi
  • Aviabiletinizin skan edilmiş (elektron) nüsxəsi
  • Otel rezervasiyanizin təsdiqi
  • 3x4 ölçülü skan edilmiş (elektron) fotoşəkil
  • Tam doldurulmuş və imzalanmış müraciət forması (skan edilmiş, elektron)
Diqqətinizə çatdırırıq ki:
  • Elektron viza 5 iş günü ərzində verilir. Xahiş edirik ki, Siz elektron viza müraciətinizi səfərinizdən (ən azı 15 gün) öncə göndərəsiniz.
  • Elektron viza xidmətləri Silkway-travel-ın xəttilə otel bronu olmadan göstərilmir.
  • Şirkətimiz XİN tərəfindən bu və ya digər elektron viza müraciətinə imtina cavabı verilməsinə görə məsuliyyət daşımır.
  • Pasport Azərbaycana səfərdən öncə (ən azı 6 ay müddətinə) etibarlı olmalıdır.
Nəzərə alın ki, Siz Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə icazəsiz (qanunsuz) səfər etmisinizsə Azərbaycan XİN-ni Sizin elektron viza müraciətinizi qəbul etməyəcək. Azərbaycan Respublikasının İşğal Olunmuş Əraszilərinə Səfər Edən Səxslərin Siyahısı:

Tam siyahı

ÜNVAN

  • Ünvan: Cəfər Cabbarlı 609
  • Globus Center 12-ci mərtəbə
  • Nizami Metrosu yaxınlığında

PAYLAŞAQ

ƏLAQƏ

Whatsapp

+99450 7200666

XƏRİTƏ

Liman internet © 2017 Aviabilet.im