Karlovı Varı - turu

Karlovı Varı — Çexiya Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəridir. Ölkənin ən məşhur kurortu hesab olunan Karlovı Varı insanların həm müalicə, həm də istirahət mərkəzlərindən biri kimi tanınır.

Karlovı Varı – füsunkar təbiət və əsl istirahətdən zövq alın

TURUN PROGRAMI Karlovı Varı — Çexiya Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəridir. Ölkənin ən məşhur kurortu hesab olunan Karlovı Varı insanların həm müalicə, həm də istirahət mərkəzlərindən biri kimi tanınır. Çexiyaya səyahət edən turistlər burada ölkənin füsunkar görünüşündən və əsl istirahətdən zövq ala bilərlər.

Şəhərdə çox sayda bulaq mövcuddur. Bunlardan ən istisi Termal Bulağıdır. Şəhərin ən böyük və ən məşhur tikilisi Mill Kolonadadır. Bulaqların əksəriyyəti bu kolonadada yerləşir. Bir sözlə, Karlovı Varı gəzinti, istirahət və müalicə üçün dünyanın ən möhtəşəm və əvəzedilməz məkanlarından biridir.

Karlovı Varı – gözəlliyi və sakitliyi dəyərləndirən və qəbul edən, sakitlikdə emosiyalar və hisslərin coşqusunu görən insanlar üçün kurortdur. Burada klounlar, diskotekalar və sərxoşluğa yer yoxdur. Burada hər şey alicənabdır. Çoxları Karlovı Varını öz evləri, ruhlarının evi kimi qəbul edirlər.

Yabanı yaşıllıq, ağacların arasından axan çaylar, yerin altından yüksək təzyiqlə qalxan geyzerlər, buğ və minilliklərlə yığılan duzlar. Su və istilik Yer kürəsində həyatın əsasıdır. Şübhəsiz, Karl IV gördüklərindən heyran qalaraq və bir iş adamı olaraq burada yaşayış məntəqəsi təşkil etmişdir. Bu məkan yüz illər keçdikdən sonra da insanlar tərəfindən yaradılmış bu yerlərə mineral sulardan və Yer kürəsinin istiliyi və gözəlliyindən müalicə almaq üçün gələn milyonlarla insanı qəbul edir. Bura doğma ev kimidir, bu yerlər insanın ruhunu isidir. Burada sadəcə olaraq skamyada oturmaq kifayətdir. Oturmaq və fikirə dalmaq: “Bu da belə, daha axtarılası heç nə yoxdur”. Bu, Karlovı Varıdır.

Karlovı Varıda bir sirr vardır; qorxulu və mistik sirr deyil, sadəcə olaraq anlaşılmaz və xoşagələn bir sirr. Əgər siz buraya gələn insanların forumlarda rəylərini oxusanız, siz bu yerin insanlara necə təsir etdiyini hiss edəcəksiniz. Bu nədir? Karlovı Varı memarlığının təsiri? Deməzdim, Karlovı Varı burada baş verən dağıdıcı sellər və hər şeyi külə çevirən yanğınlara görə tarix boyu bir neçə dəfə görkəmini dəyişmişdir. Bütün bunlara baxmayaraq, Karlovı Varı və ya Karlsbad insanları özünə cəlb etməkdə davam edir.

Bəlkədə, Karlovı Varıda unikal müalicə üsulları mövcuddur? – bunu da belə düşünməzdim, çünki müalicə üsulları suyun qəbul edilməsinin tamamilə dayandırılmasından və suyun normadan artıq içilməsinə qədər, 10 saata qədər isti mineral suda vanna qəbul edilməsindən ümumən vanna qəbul edilməsinin dayandırılmasına qədər dəyişmişdir. Qəribə olsa da, müalicənin nəticəsi hər zaman dəyişməzdir – müalicə uğurla başa çatır. Beləliklə, sənin müalicəvi gücün nədədir Karlovı Varı? Bu, hələ ki sirr olaraq qalır. Bura gəlin və özünüz bu sirri çözməyə çalışın. Burada hər şey insanlar üçün göz qabağındadır. Karlovı Varıya səyahət etmək heç də çətin deyil. Buradan getmək də çətin deyil, hərdən kursun axırlarına yaxın insan artıq doğma diyarlar qayıtmaq istəryir. Lakin nə isə dəyişir, nə isə insanın ruhuna daxil olur və bir gün o yenidən çağırış hiss edir. Karlovı Varının çağırışını, sakit, zərif və davamlı – indidir, vaxtıdır, Karlovı Varıya, evə dönməyin tam zamanıdır.

Qiymətə daxildir:

  • Mehmanxanada gecələmə
  • Gündə 3 dəfə qidalanma
  • Müalicə
  • Transfer
Əlavə ödənilir:

Karlovı Varıda yerləşən otellər

ÜNVAN

  • Ünvan: Cəfər Cabbarlı 609
  • Globus Center 12-ci mərtəbə
  • Nizami Metrosu yaxınlığında

PAYLAŞAQ

ƏLAQƏ

Whatsapp

+99450 7200666

XƏRİTƏ

Liman internet © 2017 Aviabilet.im