Gürcüstan - turu

Gürcüstana səyahət edərək, siz bu canlı ölkəyə aşiq olacaqsınız!

Gürcüstan

Azərbaycanın qonşusu olan Gürcüstan son vaxtlar dünyanın hər yerindən olan turistlər üçün ən sevimli yerlərdən birinə çevrilib. İmkan yaranan kimi, bakılılar da tozlu meqapolisin narahatlıqlarından uzaqlaşaraq bu kiçik dağlıq ölkədə istirahət etməyə can atırlar. Əgər siz bu vaxta kimi Gürcüstanda olmamısınızsa, onda tələsin!

Gürcüstanın şəhərləri: haranı seçməli

  • Tiflis – həm ölkənin paytaxtı, həm də onun turizm mərkəzidir. Bu seçim Gürcüstanda heç olmayanların, eləcə də, bizim eranın birinci minilliyində tikilmiş dörd məşhur məbədi sayəsində ölkənin başlıca turist Məkkəsi hesab edilən – Tiflis yaxınlığındakı Mtsxetanı ziyarət etmək arzusunda olanlar üçündür.
  • Batumi – yay mövsümündə istirahət üçün ən əlverişli seçimdir. Burada Gürcüstanın ən yaxşı çimərlikləri yerləşir, şəhərdə isə kurort ab-havası hökm sürür.
  • Kutaisi – Gürcüstanın ikinci paytaxtı hesab edilir. Bu, sakitliyi və əmin-amanlığı ilə seçilən, ilin istənilən fəslində istirahət etmək üçün şəhərdir.
  • Bakuriani – dağ-xizək kurortu kimi tanınmış şəhər tipli qəsəbədir. Qış fəslində ailəvi istirahət üçün yaxşı seçimdir.
  • Qudauri – qəsəbə olub, həmçinin ən uzun trasları ilə məşhur olan dağ-xizək kurortudur. Buraya yüksək səviyyədə təşkil edilmiş istirahəti qiymətləndirən bütün qış idmanı həvəskarları gedə bilərlər.
Mülayim iqlimi və müxtəlif çeşidli istirahət imkanları sayəsində Gürcüstanda turist mövsümü ilin bütün fəsillərində açıqdır. Gürcüstana səyahət edərək, siz bu canlı ölkəyə aşiq olacaqsınız! Səyahət etməyi hamı sevir. Gəzmək, görmək, yeni yerlər kəşf etməyi kim istəməz ki?

Turun proqramı:

1 gün:

Tiflis şəhərinə gəliş, qarşılanma,mehmanxanaya rahat avtobusda transfer.

2 gün: Tiflis

Səhər yeməyi. Bu gün Sizi şəhərlə birinci tanışlıq gözləyir – Tiflisin köhnə mərkəzi üzrə piyada ekskursiya: bütün görməli yerlərə səfər, həmçının Tiflis kükürd hamamları ilə tanışlıq. Yüksək kükürd tərkibli İsti mineral su bilavasitə torpağın altından çıxır və hamamlarda istifadəyə verilir. Tiflisin müasir siması Sülh şüşə körpüsünə gəzintilə başlayacaq.Sonra isə siz Narikala qalasına kanat yolu ilə qalxıb bütün köhnə Tiflisi görə biləcəksiniz. Tiflis şəhərinin mehmanxanasına qayıdış. İstirahət.

3 gün: Msxeta-Uplissixe

Səhər yeməyi. Üçüncü gün biz Uplissixeyə səfərdən başlayacağıq – qayalarda yonulmuş şəhər. Sonra isə biz Msxeta şəhərinə yola düşürük, bura həmçinin İkinci Yerusəlim adlandırılan Gürcü çarlığının qədim paytaxtlarından biri hesab edilir. Qeriyə yol Qori şəhəri üzərindən keçir,Stalinin ev muzeyinə baxış.Tiflis şəhərinin mehmanxanasına qayıdış. İstirahət.

4 gün: Borjomi-Axalsixe-Vardziya

Mehmanxanada səhər yeməyi və çıxış. Səhər yeməyindən sonra biz Avropada ən böyük qoruq hesab edilən – Borjomi-Xaraqaulsk parkına yola düşəcəyik. Borjomi – öz müalicəvi mineral sularıyla və istilik vannalarıyla məhşur sağlamlıq kurortudur. Borjomi parkına səfər, dünyada ən faydalı mineral sulardan birinin əsl təbii dadını yoxlaya bilərsiniz.

Axaltsixi şəhərinə gediş və görməli yerlər üzrə ekskursiya (Rabat qalası, unikal Vardzia mağara kompleksi). Tiflisə qayıdış mehmanxanaya yerləşmə. İstirahət.

5 gün: Kaxetiya

Səhər yeməyi. Kaxetiyə gediş və ekskursiya. Sonra şəhər üzrə gəzinti və Alazan vadisinə möhtəşəm baxış. Nahar. Siqnaqi şəhərinin restoranında nahardan sonra qədim çaxır zavoduna gediş, Gürcüstanda şərab hazırlanma qaydası haqqında maraqlı söhbət. Sinandaliyə gediş, məşhur gürcü şairi Çavçavadzenin ev muzeyi, muzeyin ətrafında qeyri adi gözəlliyi ilə seçilən parkda gəzinti, çaxır zavoduna baxış, qədim podvallarda yerləşən şərabların dequstasiyası. Tiflis şəhərinə qayıdış. İstirahət.

6 gün:

Mehmanxanada səhər yeməyi və çıxış, istəyinizlə Gürcüstanın ən müasir və böyük ticarət mərkəzi East Pointə səfər. Asudə vaxt və şopinq, hava limanına transfer və uçuş.

Qiymətə daxildir:

  • tibbi sığorta
  • rahat avtobusda bütün proqram üzrə transferlər
  • 3* mehmanxanada gecələmə
  • səhər yeməkləri əsasında qidalanma
  • rusdilli bələdçinin müşayiəti ilə 4 ekskursiya
  • 1 nahar + Kaxetiyada ekskursiya zamanı şərab dequstasiyası
Əlavə ödənilir:
  • Tiflisə gediş
  • muzeylərə və arxeoloji zonalara əlavə giriş biletləri
  • giriş biletləri: Rabat/Vardziya/Stalinin ev Muzeyi/Upissixe

Tiflisdə yerləşən otellər

ÜNVAN

  • Ünvan: Cəfər Cabbarlı 609
  • Globus Center 12-ci mərtəbə
  • Nizami Metrosu yaxınlığında

PAYLAŞAQ

ƏLAQƏ

Whatsapp

+99450 7200666

XƏRİTƏ

Liman internet © 2017 Aviabilet.im