Transfer xidməti

Təyyarədən enib, pasport qeydiyyatınızı tamamladıqdan sonra hava limanının çıxışında adınız yazılmış lövhə ilə sürücü və ya həmin ölkədəki tərəfdaşımızın nümayəndəsi artıq Sizi gözləməkdə olacaq.

Transfer xidməti

Səfər etdiyiniz ölkədə mənzil başına rahat çatmaq üçün şirkətimiz tərəfindən təklif olunan transfer xidmətindən faydalana bilərsiniz. Təyyarədən enib, pasport qeydiyyatınızı tamamladıqdan sonra hava limanının çıxışında adınız yazılmış lövhə ilə sürücü və ya həmin ölkədəki tərəfdaşımızın nümayəndəsi artıq Sizi gözləməkdə olacaq.

Transfer xidməti 2 formada həyata keçirilir:

  • Fərdi transfer – bu zaman Siz, seçdiyiniz modelə uyğun avtomobillə fərdi şəkildə istədiyiniz məkana çatdırılırsınız. Avtomobil modeli getdiyiniz məkandan asılı olaraq Siz tərəfdən seçilə bilər. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səyahət etdiyiniz zaman Siz istənilən avtomobilin ən son modelini sifariş edə bildiyiniz halda, Türkiyənin İstanbul və ya Ankara şəhərlərinə gedərkən seçim imkanınız o qədər də geniş olmaya bilər.
Eyni zamanda, səfər etdiyiniz məkanın yerləşmə xüsusiyyətlərindən asılı olaraq özəl helikopter (vertolyot) və ya qayıqla da transfer oluna biləriniz.

  • Qrup transferi – bu zaman Siz, səyahət etdiyiniz ölkədən asılı olaraq, ya öz adınız, ya “East Gate Travel” MMC-nin, ya da səfər etdiyiniz ölkədə olan tərəfdaş şirkətin adının yazıldığı lövhə ilə qarşılanırsınız. Qrup transferində Siz, getdiyiniz məkana avtobus və ya mikro-avtobus vasitəsilə digər turistlərlə bərabər çatdırılırsınız. Nəzərinizə çatdırmaq istərdik ki, qrup transferində Siz digər turistlər gələnə kimi yarım saatdan daha çox müddətdə gözləmək məcburiyyətində qala bilərsiniz.

ÜNVAN

  • Ünvan: Cəfər Cabbarlı 609
  • Globus Center 12-ci mərtəbə
  • Nizami Metrosu yaxınlığında

PAYLAŞAQ

ƏLAQƏ

Whatsapp

+99450 7200666

XƏRİTƏ

Liman internet © 2017 Aviabilet.im