Səyahət Sığortası xidməti

Səyahət Sığortası - Xaricdə həmişə mümkün gözlənilməyən hadisələr və qəfildən xəstəliklər haqqında fikirləşmək lazımdır.

Səyahət Sığortası

Səyahət Sığortası - Xarici ölkələrə səyahət zamanı sağlamlığınızla bağlı olaraq ortaya çıxa biləcək bədbəxt hadisə, tibbi xərc və digər riskləri zəmanət altına alır. Səyahət üçün xarici bir ölkəni seçmisiniz. Ölkə, səyahətin müddəti, qalacağınız mehmanxananı müəyyənləşdirmisiniz. Əgər daha ehtiyatlısanızsa, səfər edəcəyiniz ölkənin coğrafi şəraiti, səyahət müddətində hava haqqında məlumatı öyrənərək əvvəlcədən geyimlərinizi də çantanıza qoymusunuz.

Hətta xərcləyəcəyiniz pulun miqdarı da bəllidir. Amma gözlənilməz hadisə nəticəsində Sizin sağlamlığınıza xələl gələ bilər ki, bu da bütün bu planlarınızı alt-üst edər.

Bu səbəbdən indi çox ölkələr öz ərazisinə girişi sığorta polisi olmayan şəxslərə icazə vermir. Şirkətimiz xaricdə bütün çıxanlara fərdi, həm də kollektivlə Azərbaycan Respublikasının hüdudları üçün getmə vaxtı bədbəxt hadisələrdən və qəflətən yaranmış xəstəliklərdən sığorta polisi təklif edir.

Sizə unutduğunuz, səyahət zamanı sağlamlığınıza dəyən zərərləri qarşılaya bilən Səyahət sığortası şəhadətnaməsini təklif edirik.

Səyahət sığortanız standart və Premium olmaq üzrə 2-yə ayrlır. Ümumiyyətlə, sığorta təminatına aşağıdakılar aiddir:

  • Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası (hər bir sığorta hadisəsi üçün sığorta məbləğinin 1%-i həddində.
  • Fərdi qəza nəticəsində ölüm və ya I qrup əlillik (hər bir sığorta olunan üçün sığorta məbləğinin 20%-i həddində)
  • Xaricə səfər zamanı baqajin sığortası (hər bir sığorta olunan üçün sığorta məbləğinin 1%-i)
  • Səfərin ləğv edilməsinin (hər bir sığorta olunan üçün sığorta məbləğinin 5%-i həddində) sığortası
  • Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası (hər bir sığorta olunan üçün gündəlik 120USD/EUR, şərtsiz gözləmə müddəti 1 gün)
  • Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası (200 USD/EUR hər bir sığorta olunan üçün)

QEYD: Yardıma ehtiyac olarsa, özbaşına hər hansı bir tədbir görməmişdən əvvəl Sığorta olunan və ya onun nümayəndəsi MÜTLƏQ sığorta polisində qeyd olunan məkəzlərə zəng etməlidir.

Kim sığortanın bu növündən istifadə edir?

İlk növbədə xarici səfərlərə yola düşənlən tək və ya ailəvi şəxslər. Xarici dövlətlərin diplomatik nümayəndəlikləri tələblərinə uyğun olaraq – səfirliklər, konsulluqlar və s., vizanın alınması üçün sənədlərin rəsmiləşdirilməsi vaxtı, sığorta şəhadətnaməsində ifadə edilmiş şərtlərə əsasən – bədbəxt hadisələrin və qəflətən yaranmış xəstəliklərin nəticələrində sığorta qarşılayır.

ÜNVAN

  • Ünvan: Cəfər Cabbarlı 609
  • Globus Center 12-ci mərtəbə
  • Nizami Metrosu yaxınlığında

PAYLAŞAQ

ƏLAQƏ

Whatsapp

+99450 7200666

XƏRİTƏ

Liman internet © 2017 Aviabilet.im