Biznes - vizalar

Həm yerli, həm də xarici turistlər üçün Azərbaycanın istənilən bölgəsinə turlar təşkil olunur.

Biznes vizalar

Aviabilet.im şirkəti dünyanın bütün nöqtələrindən müraciət edən bir çox müştərilərimiz üçün Azərbaycana viza dəstəyinin bütün növ xidmətlərini təklif edir. Bizim agentliyimizin korporativ bölməsi həmçinin Sizə uzunmüddətli viza dəstəyi və biznes-xidmətlərini təklif edir. Bizim agentliyimiz sizi Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş dəvət məktubu təmin edə bilər.

Siz Azərbaycan Səfirliklərinin siyahısını bu linkdən əldə edəbilərsiniz.

Azərbaycana giriş üşün aşağıdakı viza növləri verilir:
  • Bir ay müddətinə bir dəfəlik vizalar
  • Üç ay müddətinə birdəfəlik və ikidəfəlik vizalar
  • Uzun müddətli çoxdəfəli illik 90 günə qədər qalma izni verən vizalar
Dəvət məktubunun hazırlanması üçün lazım olan sənədlər:
  • Pasportun surəti
  • Dəvət edən təşkilatın rəsmi məktubu və xidmət haqqının təsdiq edən sənədin surəti.
Səfirlikdə vizanın alınması üçün lazım olan sənədlər:
  • Ərizə forması
  • Dəvət məktubu (LOI) və ya turizm vauçeri
  • 3×4 ölçülü iki şəkil
  • Pasportun və ya yol sənədinin orijinalı (vizanın qüvvədə olma müddətinin bitməsindən ən azı 6 ay sonra aktiv olmalıdır).
  • Viza yığımı üçün ödəmə.
  • Mehmanxanadan vauçer.

ƏHƏMİYYƏTLİ QEYDLƏR:
  • Biznes vizası üçün ödəniləcək məbləğ birbaşa Səfirliyə ödənilməlidir. Zəhmət olmasa qaydaları səfirliklə dəqiqləşdirin.
  •  Vizaya dəyişikliklər etmək mümkündür.Bununla bağlı siz XİN-ə müraciət edə biləriniz.
  • Premier Tour şirkəti Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən, vizanın vaxtlı vaxtında hazır olması üçün işləri yerinə yetirməmə və ya vizanın rədd edilməsi üçün məsuliyyət daşımır.
  • Əmin olun ki, sizin pasportunuzda boş səhifələr var və pasportun etibarlı olmaq müddətinin bitmə tarixi ölkəyə gəlməyə qədər həqiqidir. Ölkələrin əksəriyyəti üçün pasportun etibarlı olmaq müddəti gəlməyə qədər ən azı 6 ay olmalıdır.
  • Sizi məlumatlandırırıq ki, əgər siz əvvəllər Azərbaycanın işğal edilmiş ərazisinə baş çəkmisinizsə – Dağlıq Qarabağa və sizin pasportunuzda bu regiona giriş haqqında uyğun olan nişanlar varsa, Sizə sərhəddə Azərbaycana girişdə qadağa goyula bilər (hətta əgər sizdə artıq Azərbaycan vizasi varsa).

ÜNVAN

  • Ünvan: Cəfər Cabbarlı 609
  • Globus Center 12-ci mərtəbə
  • Nizami Metrosu yaxınlığında

PAYLAŞAQ

ƏLAQƏ

Whatsapp

+99450 7200666

XƏRİTƏ

Liman internet © 2017 Aviabilet.im