Azərbaycan - vizası

Həm yerli, həm də xarici turistlər üçün Azərbaycanın istənilən bölgəsinə turlar təşkil olunur.

Azərbaycan vizası

Azərbaycana giriş qaydaları

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri vətəndaşlarını üçün (Türkmənistan və Ermənistan xaric) Azərbaycana viza tələb olunmur. Başqa ölkələrin vətəndaşlarına, qabaqcadan viza almaq zəruridir.

Aşağıdakı adları qeyd olunan ölkələrin vətəndaşları birbaşa hava limanında Azərbaycan vizasını əldə edə bilər:

ÖLKƏ ÖLKƏ
1  BƏHREYN 8  QƏTƏR
2  ÇİN 9  SƏUDİYYƏ ƏRƏBİSTANI
3  İSRAYIL 10  SİNQAPUR
4  YAPONIYA 11  CƏNUBİ KOREYA
5  KÜVEYT 12  TÜRKİYƏ
6  MALAZİYA 13  BƏƏ
7  OMAN
 

Azərbaycan vizasını alınması 2 qaydada mövcuddur:

  • Azərbaycana electron vizanın alınması onlayn olaraq, səfirliyə getmədən tərtib olunur. Viza onlayn sistem vasitəsi ilə rəsmiləşir.
  • Xaricdə yerləşən Azərbaycan Respublikasının Səfirliklər və Konsulluqları vasitəsilə. Səfirlik vasitəsilə vizanın alınması üçün əvvəlcə Azərbaycanın Xarici İşlər Nazirliyi vasitəsilə dəvət məktubunu rəsmiləşdirmək lazımdır. Təsdiqlənmiş dəvət məktubuna əsasən qonaq səfirliyə və ya Azərbaycan konsulluğuna müraciət edə və vizanı ala bilər.
AZƏRBAYCAN VİZASI

2013 cü ilin Mart ayından etibarən yeni qaydalara əsasən vizalar elektron şəklində təqdim olunmağa başladı. Elektron viza almaq sadəliyi və bir çox üstünlükləri ilə seçilir:

  • Ucuz qiyməti (yalnız 39 USD)
  • Səfirliklərə müraciət etmədən vizanın alınması
  • 5 iş günü ərzində vizanın alınması ( təcili viza 3 gün ərzində əlavə ödəmə vasitəsi ilə sizin diqqətinizə çatdırıla bilər)
Bütün bu proseslər yalnız internet üzərindən olduğu üçün siz passportunuzun özünüzdə qalma üstünlüyünü əldə edirsiniz. Sizə yalnız elektron ünvanınıza göndərilən PDF formalı vizanı çap etmək qalır. Nəzərinizə çatdırmaq istəyirik ki, elektron vizanın çap edilməsi sərhədd yoxlanışı səbəbi ilə vacibdir. Bu elektron viza vasitəsi ilə siz Azərbaycanın istənilən sərhəddindən keçmə hüququna malik olacaqsınız.(Hava, Torpaq, Dəniz)

Nəzərinizə çatdırmaq istəyirik ki, elektron viza 1 ay ərzində etibarlıdır.

Elektron vizanı almaq üçün siz müraciətdən öncə otel bronlaşdırmalısınız. Unutmayın ki, viza oteldən təqdim olunan təsdiq məktubunun tarixlərinə əsasən etibarlı olur. Siz mövcud linkdən Otel bronuna başlaya və ya başqa hotel təminatçısından sifarişinizi edə bilərsiniz.

Elektron vizanın alınması üçün aşağıda göstərilən sənədlər lazımdır:

  1. Elektron viza üçün doldurulmuş və imzalanmış anket
  2. Yüksək ayırdetmə dəqiqliyi ilə rəqəmsal foto (Ağ fonda baş və çiyinlə,JPEG format).
  3. Passportun və ya giriş sənədinin yüksək ayırdetmə dəqiqliyi ilə rəngli surəti.(Passport Azərbaycana giriş günündən minimum 6 aya qədər etibarlı olmalıdır).
  4. Viza rüsumunun ödənişinin təsdiq olunması.
  5. Oteldən təsdiq edilmiş vauçer.
  6. Aviabilet və ya rezervasiyanın təsdiqi. Əgər Siz Azərbaycana gəliş-gedişi başqa üsullarla edirsinizsə, zəhmət olmasa səyahət vasitəsinin növünü bizə bildirin və nəqliyyat vasitəsinin tipini, avtomobilin nömrəsi və sərhədin kəsişmə nöqtəsini qöstərin

VACİB QEYDLƏR:

  • Viza verilməsinə rədd cavabi verilən halda, rüsum qaytarılmır. Sənədlərin verilməsindən sonra dəyişikliklər etmək olmaz.
  • Premier Tour şirkəti Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən, vizanın vaxtlı vaxtında hazır olması üçün işləri yerinə yetirməmə və ya vizanın rədd edilməsi üçün məsuliyyət daşımır.
  • Əmin olun ki, sizin pasportunuzda boş səhifələr var və pasportun etibarlı olmaq müddətinin bitmə tarixi ölkəyə gəlməyə qədər həqiqidir. Ölkələrin əksəriyyəti üçün pasportun etibarlı olmaq müddəti gəlməyə qədər ən azı 6 ay olmalıdır.
  • Sizi məlumatlandırırıq ki, əgər siz əvvəllər Azərbaycanın işğal edilmiş ərazisinə baş çəkmisinizsə – Dağlıq Qarabağa və sizin pasportunuzda bu regiona giriş haqqında uyğun olan nişanlar varsa, Sizə sərhəddə Azərbaycana girişdə qadağa goyula bilər (hətta əgər sizdə artıq Azərbaycan vizasi varsa).
  • 1 aprel 2013-dən yeni qanuna əsasən Azərbaycanda 10 günnən çox qalan əcnəbilər , gəlmə anından on gün ərzində Azərbaycanın Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Doldurulmuş qeydiyyat formasını, pasportun surətini və vizanın surətini Dövlət Miqrasiya xidmətinə şəxsən, və ya elektron poçt vasitəsi ilə təqdim etmək lazımdır. Otellər bu prosedurda öz köməyini qonaqlarına göstərir, amma o turistlər ki, şəxsi mənzillərdə və ya mehmanxanalarda yaşayırlarsa, özləri qeydiyyatdan keçməlidirlə. Hər bir turist özü qeydiyyat keçməsinin təminatı üçün məsuliyyət daşıyır. Qeydiyyat tamamilə pulsuzdur, amma qeydiyyatın yoxluğu 300-400 ($380-$500) manat ölçüdə cəriməyə gətirib çıxara bilər.
 

ÜNVAN

  • Ünvan: Cəfər Cabbarlı 609
  • Globus Center 12-ci mərtəbə
  • Nizami Metrosu yaxınlığında

PAYLAŞAQ

ƏLAQƏ

Whatsapp

+99450 7200666

XƏRİTƏ

Liman internet © 2017 Aviabilet.im