Korporativ xidmətlər

Təyyarədən enib, pasport qeydiyyatınızı tamamladıqdan sonra hava limanının çıxışında adınız yazılmış lövhə ilə sürücü və ya həmin ölkədəki tərəfdaşımızın nümayəndəsi artıq Sizi gözləməkdə olacaq.

Korporativ xidmətlər

Bu gün biznesinin, çalışdığı sahənin inkişafında maraqlı olan hər kəs bilir ki, ölkə xaricində təşkil olunan təlim, seminar, forum və digər bu qəbildən olan tədbirlərdə iştirak bu inkişafın sürətlənməsində, bu prosesə dünya təcrübəsinin qatılmasında önəmli rol oynayan amillərdəndir.

Bu cür tədbirlərə qatılan zaman təbii ki, şirkət mənfəətlərini də düşünmək, minimum xərclər və vaxt itkisi ilə maksimum nəticələr əldə etmək Sizi düşündürən əsas məqamlardan olur. Amma artıq narahatçılığınıza ehtiyac yoxdur. Bizə tarixi və qatılacağınız tədbirin keçiriləcəyi məkanı deyin – təcrübəli əməkdaşlarımız Sizin üçün ən optimal reysi seçib vaxtınıza, ən uyğun və yaxın oteli seçib nəqliyyat xərclərinizə qənaət etmənizə kömək edəcəklər.

Biznes səyahətlərinizi bizə etibar edin!

Çoxsaylı korporativ müştərilərimiz arasında Sizin şirkətinizi də görməyə məmnun olardıq.

ÜNVAN

  • Ünvan: Cəfər Cabbarlı 609
  • Globus Center 12-ci mərtəbə
  • Nizami Metrosu yaxınlığında

PAYLAŞAQ

ƏLAQƏ

Whatsapp

+99450 7200666

XƏRİTƏ

Liman internet © 2017 Aviabilet.im