HAQQIMIZDA - aviabilet.im

Beynəlxalq və daxili reyslərə aviabiletlərin satışı, otellərin bronu, transfer, viza xidmətləri , müxtəlif ölkədaxili və xarici turların təşkili.

HAQQIMIZDA

Turizmin inkişafına dair atılan önəmli addım 2011-ci ilin “Turizm ili” elan olunması gələcəkdə Azərbaycan turizminin ölkə iqtisadiyyatının güclənməsinə, xüsusilə də, dövlət büdcəsinə yatırılan gəlirin artmasına təsir göstərəcəyinə doğru atılan mühüm addım oldu.

2017- cı ildə Turizm şirkətlərinin fəaliyyəti Xüsusi lisenziya tələb edən fəaliyyət sahələri siyahısından çıxarıldı. Ölkə rəhbərliyi bu qərarla turizm sektorunda fəaliyət göstərmək istəyən sahibkarlara daha böyük imkanlar yaratdı. Məhz bu ildə “Liman internet” şirkətlər birliyinin rəhbərliyi Turizm sektoruna olan dövlət qayğısını qiymətəndirərək daha bir şirətini “Aviabilet.im”-i yaratdı.

Aviabilet.im veb saytı “Liman internet”-in bir hissəsi olaraq 2017-cı ildə yaradılıb. Şirkətin müştərilərə təklif etdiyi xidmətlər aşağıdakılardır: Beynəlxalq və daxili reyslərə aviabiletlərin satışı, otellərin bronu, transfer, viza xidmətləri , müxtəlif ölkədaxili və xarici turların təşkili. Bu sahədə gənc bir şirkət olmağımıza baxmayaraq, hədəflərimiz böyükdür. Biz öz fəaliyyətimizlə Azərbaycan turizm bazarında bir çox yeniliklərə imza atmağı qarşıya məqsəd qoymuşuq.

Biz sürətlə inkişaf edən müasir dünyada rəqabət aparmaq və doğma Azərbaycanımızın adını yüksəltmək üçün ən müasir texnoloji yeniliklərin şirkətimizə və həmçinin turizm bazarına tətbiqini həyata keçirə biləcək komanda olaraq yola çıxmışıq.

Dünyanın istənilən nöqtəsində 20000-dən artıq otel arasında otel sifarişi. Bütün növ otellərdə (3 * / 4 * / 5 *), mənzillərdə və yaxşı qiymət ilə qonaq evlərində.· Nəqliyyat xidmətləri: Transfer, avtomobil kirayəsi və hər növ nəqliyyat xidmətləri, *Ölkənin bütün hava limanlarında qonaqların qarşılanması, VİP-xidmətlər· Bələdçi Xidməti: müxtəlif dillərdə danışmaq:*İngilis *Ərəb *Fars *Rus *Çin və s.· Visa Xidmətləri: Azərbaycana Viza, Şengen ölkələrinə Visa dəstəyi*E-Visa *Multi Visa *Business-Visa· MİCE: korporativ tədbirlər, konfranslar, MİCE təşkili – xidmətlər· Sığorta: Səyahət sığortası, Avtomobil sığortası· Uçuşlar: bütün istiqamətlərdə bilet satışı.

Turizm xidmətlərini yüksək səviyyədə həyata keçirən şirkətimiz müştərilərinə daima ən optimal imkanlar və seçimləri təqdim edir. İstər bilet və ya otel rezervasiyaları, istərsə də istənilən xarici ölkə tur paketlərinin hazırlanmasında və viza məsələlərində yüksək peşakarlıq göstərən menecerlərimiz, daima müştəri məmnuniyyətini əsas tutur.

Daimi müştərilərimizə 24/7 operativ xidmətin göstərilməsi, şirkətdə olan yenilikləri və mühüm xəbərləri, endirimli tur paketləri və biletlərlə əlaqəli məlumatlarla mütəmadi olaraq bilgiləndiririk.

MİSSİYAMIZ

  • Öz fəaliyyətimizlə Azərbaycan turizm sənayesinin inkişafına dəstək olmaq.
  • Beynəlxalq arenada Azərbaycan turizmini layiqincə təmsil etmək.
  • Azərbaycan Turizm sektorunda nümunəvi saibkarlıq fəaliyyəti ilə məşqul olmaq.
  • Əməkdaşlarıın inkişafını dəstəkləyən və onlarla birlikdə inkişaf edən şirkət olmaq.
  • Daima Turislərimizə daha yaxşısnı təklik etmək və onların mənfəətini düşünmək.
MƏQSƏDİMİZ
  • Turistlərin etimadını doğruldan məhsul və xidmətləri təklif edərək Azərbaycan Turizm sektorunun inkişafına öz töhvəmizi vermək, etibarlı və turistlərin hər zaman rahatlıqla müraciət edəcəyi (və ya daima seçəcəyi) bir şirkət olmaq.
DƏYƏRLƏRİMİZ
  • Doğruluq: Turistlərimizə hər zaman onlar üçün daha uyğun və doğru olanı təklif edirik.
  • Gizlilik: Hər zaman hər bir turistin səyahət informasiyasının gizli saxlanılmasına önəm veririk.
  • Qayğı: Biz bütün turistlərimizə qayğı ilə yanaşırıq.
  • İnam: Turistlərin bizə olan inamını doğrulduruq.
  • Yüksək xidmət: Sizləri daima ən yüksən xidmətlə təmin edirik.
  • Təqdim edəcəyimiz hər bir məhsulun hazırlanmasına məsuliyyətlə yanaşırıq.

ÜNVAN

  • Ünvan: Cəfər Cabbarlı 609
  • Globus Center 12-ci mərtəbə
  • Nizami Metrosu yaxınlığında

PAYLAŞAQ

ƏLAQƏ

Whatsapp

+99450 7200666

XƏRİTƏ

Liman internet © 2017 Aviabilet.im